XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 13:59

Nazarbayevdən sərt tənqid:"Siz hökumət yox, sadəcə qorxaqsınız”

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Nazirlər Kabinetini qətiyyətsizliyinə görə tənqid edib.

Hökumətin iclasında çıxış edən Nazarbayev hökuməti təcili olaraq iqtisadiyyatı təmizləməyə çağırıb.

“Maliyyə sistemi… Bank yaradılır, insanlar inanmağa başlayır və pullarını buraya gətirir. Kvazisektor pullarını banka yatırır, daha sonra isə öz səhmdarları pullarını götürüb, oğurlamağa başlayırlar. Sonra onlar qaçır, biz qovuruq. Daniya Akişev (Milli Bankın rəhbəri), hər şeyə başınla cavabdehsən. Səhmdarların pulları oğurlamamasını izləmək lazımdır. İqtisadiyyatı bankrotlardan təmizləmədən normal inkişaf edə bilməyəcəyik”, – deyə o bildirib.

Nazarbayev həmçinin hökuməti qorxaq adlandırıb:

“Bankrotluq institutu bazar iqtisadiyyatında normal görüntüdür. Siz hökumət yox, sadəcə qorxaqsınız”. (Axar.az)