XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 14:11

Fazil Mustafa Mübariz Mənsimovun qərarını dəstəklədi"Rəsulzadə, Elçibəy və Heydər Əliyevin sayğı ilə anılması zərurətdir"

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa “Palmali” Şirkətlər Qrupunun yeni gəmisinə Əbülfəz Elçibəyin adının verilməsi qərarına münasibət bildirib.

Strateq.az-ın xəbərinə görə, F.Mustafa bunu şirkətin prezidenti, iş adamı Mübariz Mübariz Mənsimovun alicənab addımı kimi dəyərləndirib.

“Azərbaycanın keçmişinə və bu gününə qlobal düşüncə rakursundan baxıldığında, bu millətin tarixində üç böyük siyasi xadimin – Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin sayğı ilə anılmasının bir zərurət olduğunu enində-sonunda hər birimiz anlamalıyıq. Kimsə bu şəxsiyyətlərdən hansısa birinə daha çox dəyər verə bilər, əlbəttə, bu, hər kəsin haqqıdır, lakin dövlətimizin varlığının bu əsas sütunlarına illər ötdükcə birlikdə daha çox dəyər verəcəyimizə əminəm. Rəsulzadə Azərbaycan dövləti ideyasının müəllifi və bu dövlətin qurucusudur, Elçibəy bu millətin azadlıq ideallarını şəkilləndirən və rus qoşunlarını ölkədən çıxaran bir şəxsiyyətdir, Heydər Əliyev isə Azərbaycan dövlətinin praktik mövcudluğunu təmin edən və müasir formasını düzənləyən bir şəxsiyyətdir. Ona görə də bu üç ad ətrafında uzlaşma həm də azərbaycanlıların həmrəyliyinin əsas prinsiplərindən sayılmalıdır” – deyə BQP başqanı qeyd edib.