Qazaxıstanda ilin əvvəlindən etibarən qızılca xəstəliyinə yoluxanların sayı 1000 nəfəri ötüb.
Səhiyyə Nazirliyiyanında İctimai Sağlamlığın Mühafizəsi Komitəsinin məlumatına görə, ötən dövr ərzində ölkə ərazisində 1114 nəfər qızılcaya yoluxanlardan799-u, yəni 71,7 faizi 14 yaşınadək uşaqlardır. Bu göstəricinin 2018-ci il ərzində yoluxanların sayından artıq olduğu da göstərilir.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Səhiyyə Nazirliyi də ölkə ərazisində qızılcaya yoluxma hallarının aşkarlandığını bildirmişdi. (Report)