XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2015 - 18:29

Yaşlıların təhsili diqqət mərkəzinə gətirilir

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi “Yaşlıların təhsilinə ictimai dəstəyin təşkili məqsədi ilə sorğu və seminarların təşkil edilməsi” layihəsinin icrasına başlayıb. Bununla bağlı İB-nin sədri Mütəllim Rəhimov Strateq.az-a məlumat verib. O deyib ki, Azərbaycanda son onillikdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, yaşlıların təhsilinin elmi-praktikməsələlərinə diqqət artıb. “Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra ölkədə siyasi və iqtisadi dəyişikliklər səbəbindən bir çox problemlər yaranmışdır, onlardan ən aktuallarından biri də keçid dövrü ilə əlaqədar çox dəyişkən yeni əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin çatışmaması, bir çox sa
hələr üzrə isə tamamilə yoxluğudur. Bu ondan irəli gəlir ki, müasir əmək bazarı əmək funksiyalarının yerinə yetirilməsində insanların bilik və bacarığına yeni tələblər göstərir. Bu səbəbdən bir çox insanlar, əsasən də yaşlı nəslin nümayəndələri öz təhsillərini başa vurmasına baxmayaraq sahib olduqları ixtisasları üzrə bilik və bacarıqlarını yeniləşdirmək, ixtisaslarına birbaşa aid olmayan əlavə bilik və bacarıqlarına və ya tamamilə yeni ixtisaslara yiyələnmək məcburiyyəti ilə üzləşiblər. Digər tərəfdən isə məhz orta və yaşlı nəslin nümayəndələri üçün nəzərdə tutulmuş və əmək bazarında tələbatı olan peşələr üzrə qısamüddətli ixtisasartırma və ixtisasdəyişmə kurslarının sayı çox azdır, mövcud olanların əksəriyyəti isə keyfiyyətsiz təhsil verir. Və onu da nəzərə alsaq ki, dünyada qəbul edilmiş fikrə əsasən hər il bilik və bacarıqların 20-30%-i və hər 5-8 il ərzində isə tam peşələr köhnəlir, onda yaşlıların təhsili mövzusunun inkişaf yolunu seçmiş Azərbaycan üçün nə qədər aktual olduğu aydın görünər”.

M.Rəhimov həmçinin bildirib ki, Azərbaycanda yaşlıların təhsili ilə bağlı çox təəssüf ki, ardıcıl işlər aparılmayıb. İctimai qurumlar da yaşlı nəslin təhsili ilə bağlı təşəbbüskar görsənmir. Ona görə də DİPM İB ölkəmizdə diqqəti yaşlıların təhsili probleminə yönəltmək istəyir. Biz çalışırıq ki, yaşlıların təhsilinin modernləşdirilməsindən söhbət açarkən təlimin yeni metodlarından bəhrələnmək mümkün olsun.”Lakin proses zamanı bunun universallaşmasına tam yol vermək olmaz. Yaşlıların təhsili prosesində öyrənənlər tərəfindən asan qəbul edilən metodlardan istifadə edilməlidir. ölkə miqyasında müsbət əks-səda tapan, geniş kütlə arasında işlənə bilən yeni texnologiya, üsul və vasitələrindən düzgün istifadə etdikdə keyfiyyət əldə etmək mümkün olar. Göründüyü kimi, yaşlıların təhsili prosesində elə bir vacib universal metod yoxdur ki, hər bir sahə üzrə tam müvəffəqiyyəti təmin etməyə yararlı olsun”.

M.Rəhimov sonda onu da vurğulayıb ki, layihənin icrası zamanı bu problemə diqqəti yönəltmək üçün sorğu və bir neçə tədbirin keçirilməsi planlaşdırılıb. Eyni zamanda bukletlərin nəşr edilərək orta və yaşlı nəslin nümayəndələri arasında paylması də nəzərdə tutulur.