XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 17:33

Ötən il gömrükdə nə qədər mal müsadirə olunub?- Komitə rəhbərliyi açıqladı

Dövlət Gömrük Komitəsi keçən il müsadirə edilən malların dəyərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə komitə sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

İ.Hüseynovun sözlərinə görə, il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə dəyəri 242 min 55 manat olan mallar müsadirə edilib.

O bildirib ki, gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olub.