XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 21:54

KİV:"Xuan Quaydo Braziliyadan humanitar yardım istəyib"

Venesuela Milli Assambleyasının sədri, özünü müvəqqəti dövlət başçısı elan etmiş müxalifət lideri Xuan Quaydo Braziliya hökumətinə humanitar yardım üçün müraciət edib.

Bu barədə Braziliya Prezidenti Jair Bolsonaru cərrahiyyə əməliyyatı keçirdiyinə görə onu müvəqqəti əvəz edən vitse-prezident Hamilton Mourao bildirib.

Vitse-prezident həmçinin Karakasda saxlanılan və hələ də sərbəst buraxılmayan iki nəfər çilili jurnalistin aqibətindən narahat olduqlarını da dilə gətirib.

Qeyd edək ki, bu yaxınlarda Braziliya hökuməti Lima Qrupunun tərkibində olaraq Xuan Quaydonu Venesuelanın müvəqqəti Prezidenti kimi tanıdıqlarını açıqlamışdı.  (Report)