XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 14:13

Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatdı- Dövlət Xidməti açıqlama yaydı

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.

Bu barədə Strateq.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Xidmət tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə, böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Sərəncama əsasən, 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 26 noyabr 2018-ci ildə Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.