XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 15:32

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artır –Daha bir nəfər vəfat edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb.

Həmin şəxs qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pasiyentin “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, kişinin ölümünə “donuz qripi”nin səbəb olması laboratoriya şəraitində hələ müəyyən olunmayıb.

Qeyd edək ki, qonşu ölkədə 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiq olunub/Report.