XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 22:03

“Formula-1″ə 60 milyon dollar xərclənir? –İddia ilə bağlı rəsmi bəyanat yayıldı

Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edib.

Strateq.az xəbər verir ki, Bakıdakı “Formula-1” yarışını təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu iddia ilə bağlı bəyanat yayıb.

Bəyanatda yayılan xəbərin əsassız olduğu bildirilib: “Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz. Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur”.