XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 00:40

“I əməliyyatı və Şurikin digər macəraları” filmində çəkilən məşhur aktrisa vəfat etdi

Sovet və Rusiya aktrisası, Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.

Bu barədə “Rossiya K” kanalı (“Mədəniyyət”) öz “Twitter” səhifəsində məlumat yayıb.

“Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Berezutskaya Azərbaycan tamaşaçısına daha çox “I əməliyyatı və Şurikin digər macəraları” filmindən (1965) tanışdır. O, həmçinin “Durnalar uçur” (1957), “Əsgər haqqında ballada” (1959), “Pokrovskie qapıları” (1982), “Qarı nənələr” (2003), “Gündüz gözətçisi” (2006), “Əlahəzrətin adyutantı” və s ekran əsərlərində rol alıb. O, “epizodlar kraliçası” adlandırılırdı.

Aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində keçindiyi bildirilir/Report.