XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 11:38

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Azərbaycanda səfərdədir

11

 

Qazaxıstanın Milli Təhlükəsizlik  Komitəsi sədrinin müavini – Sərhəd  Xidmətinin direktoru, polkovnik Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu haqda məlumat Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən daxil olub. Məlumata görə səfər DSX-nin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə baş tutub.  

 

Nümayəndə heyəti ilk olaraq Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

 

Səfər çərçivəsində qonaqlar DSX rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

 

Görüş zamanı DSX və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin, o cümlədən qeyri-leqal miqrasiyanın, narkotiklərin qanunsuz daşınmasının, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanıb, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib. 

 

Bununla yanaşı sahil mühafizəsində xidmətin təşkili, DSX Akademiyası və təlim mərkəzlərində Qazaxıstan Respublikasının MTK Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün mütəxəssislərin hazırlanması,  dənizdə neft-qaz infrastrukturlarının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və bu sahədə birgə təlimlərin keçirilməsi üzrə ikitərəfli əməkdaşlığın  perspektivləri  və digər maraq doğuran məsələlər müzakirə edilib.

 

Görüşdə həmçinin Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində Qazaxıstan nümayəndələrinə ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində qonaqlar DSX Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və  bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış edilib.