XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 17:32

Polis əməkdaşları bir ailəni yanğından xilas etdi- Sumqayıtda

Sumqayıt şəhər sakini Sahib Ağayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları – polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər.

H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapını polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar.

Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

Yanğınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi Hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərə minnətdarlıqlarını bildirib, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayıb.