XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2019 - 20:19

19 yaşlı azərbaycanlı gənc qətlə yetirilib –Gürcüstanda

Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib.

Hadisə kənd məscidinin yaxınlığında baş verib.

Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.

Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.

Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.  (Report)