XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 12:14

Qəbələ-İstanbul reysinin vaxtı açıqlandı- Tarix, qiymət...

 

 

Pegasus

 

Türkiyənin aşağı büdcəli aviaşirkəti "Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, uçuşlar martın 18-dən başlayacaq və həftədə 3 dəfə yerinə yetiriləcək.

 

Qəbələ-İstanbul (Sabiha Gökçen) reysi həftənin III,V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

 

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.