"İtkin düşən neftçilərin axtarışı davam etdirilir".
Strateq.az apa.az-a istinadən xbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə deyib.
Nazir müavini bildirib ki, FHN qüvvələri axtarışlarda aktiv iştirak edir.
Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər itkin düşüb.