XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 15:29

Rumıniya XİN başçısı:"Azərbaycanın tezliklə Aİ-yə assosiasiativ üzvlüyü üçün yol tapılmalıdır”

“Rumıniya Belçikanın paytaxtı Brüssel şəhərində “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunacaq yüksək səviyyəli tədbirdə təkliflə çıxış edəcək”.

Bu barədə Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu bildirib.

Onun sözlərinə görə, təklif, əsasən, konkret layihələrə diqqətin ayrılması və Avropa İttifaqı ilə “Şərq tərədaşlığı”na üzv ölkələr arasında əlaqələrin daha da yaxşılaşdırılması ilə bağlı olacaq: “Avropa İttifaqı həmin ölkələrin vacib və zəruri islahatları həyata keçirməsinə əmin olmalıdır. “Şərq tərəfdaşlığı” təşəbbüsü barədə danışanda biz iki kateqoriyanı nəzərdə tutmalıyıq. Təşəbbüsün üç iştirakçı ölkəsi – Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi var. Onlar vətəndaşları üçün viza rejiminin aradan qaldırılması barədə razılıq əldə ediblər. Biz bu üç ölkə ilə iqtisadi əməkdaşlıq istiqamətində bütün maneələri aradan qaldırmaq istəyirik. Təbii ki, bu, sazişin şərtlərinə riayət etmək yolu ilə baş verməlidir”.

T.Meleşkanu “Şərq tərəfdaşlığı” proqramına üzv olan digər üç ölkə – Azərbaycan, Belarus və Ermənistana da toxunub: “Bu ölkələrə islahatların həyata keçirilməsi üçün necə dəstək göstərməklə bağlı yol tapılmalıdır. Bu islahatlar onların tezliklə assosiativ üzv olmasına kömək edəcək və ola bilsin ki, biz viza rejiminin aradan qaldırılması istiqamətində yol gedəcəyik”.  (Report)