XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 16:32

“Neftçi” italiyalı hücumçunu heyətinə qatıb- Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb

“Neftçi” klubu yeni hücumçu transfer edib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lançano” (2009-2010), “Frosinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klubarında da çıxış edib.