XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 18:03

“Apple” “FaceTime”da aşkar edilmiş boşluğu aradan qaldırıb- Yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq

“Apple” şirkəti səsli və videozənglər üçün “FaceTime” proqramında kənar şəxsə başqalarının danışığına qulaq asmağa imkan verən boşluğu aradan qaldırıb.

Müvafiq yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq.

Şirkətin nümayəndələri, həmçinin “Apple” cihazlarından istifadə edən istifadəçilərə bu barədə məlumat verdikləri üçün təşəkkür edib, bundan başqa, sözügedən boşluq nəticəsində zərər dəymiş şəxslərdən üzr istəyib.

Bildirilib ki, şirkət səhv haqqında xəbər tutan kimi, dərhal “FaceTime”də qrup zəngləri funksiyasını deaktiv edib və problemin həlli ilə məşğul olub(azərtac).