XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 19:41

Azərbaycan Premyer Liqası:“Sabah” səfərdə “Zirə”ni məğlub edib

Fevralın 2-də Azərbaycan Premyer Liqasının XV turuna start verilib.

Azərtac xəbər verir ki, turun açılış görüşündə “Zirə” debütant “Sabah” komandasını qəbul edib. İlk dəqiqələrdən hər iki komanda bir-birinin qapısı qarşında təhlükəli vəziyyətlər yaradıb. Matçın 25-ci dəqiqəsində “Sabah” komandasının futbolçusu Məqsəd İsayev qayda pozuntusuna görə, hakim tərəfindən meydandan kənarlaşdırılıb.

Qarşılaşmanın 48-ci dəqiqəsində baş hakim Rauf Cabbarov zirəlilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Marko Deviç fürsəti əldən verməyib – 0:1. Bu futbolçunun cari mövsümdə vurduğu 8-ci qolu olub və bombardirlər siyahısında liderliyə yüksəlib. Matçın 62-ci dəqiqəsində Rauf Cabbarov yenidən qırmızı vərəqə üçün əlin cibinə atıb. Bu dəfə referi “Zirə” klubunun yarımmüdafiəçisi Vüqar Mustafayevi meydandan qovub.

Oyunun 68-ci dəqiqəsində “Sabah” hesab arasındakı fərqi iki topa çatdırıb. Marko Deviçin cinah ötürməsini Rəşad Eyyubov dəqiq zərbə ilə tamamlayıb – 0:2. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Bu qələbədən sonra “Sabah” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Zirə” isə 11 xalla sonuncu – səkkizinci yerdə qərarlaşıb.

Komandalar cari mövsümdə iki dəfə üz-üzə gəliblər. Elşad Əhmədovun yetirmələri əvvəlki iki görüşdə “Zirə”ni iki qolla məyus edə biliblər.

Xatırladaq ki, turun birinci gününə “ASK Arena”da keçiriləcək “Keşlə”-“Səbail” oyunu ilə yekun vurulacaq. Görüş 19:00-da start götürəcək.