XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 12:38

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

yagis

 

Sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, cənub küləyi axşam mülayim şimal qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-13 dərəcə, Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 5-10 dərəcə isti olacaq.