XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 12:43

Albaniya prezidentinin Azərbaycana səfər edəcəyi dəqiqləşib

 

Albaniya prezidentinin Azərbaycana səfər edəcəyi dəqiqləşib

 

 

Albaniya Respublikasının prezidenti Buyar Nişaninin 10-11 mart tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcəyi dəqiqləşib.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

 

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçiriləcək.

 

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.