XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 11:47

Banklar 1.585 milyard manatı geri ala bilmirlər –Mərkəzi Bank

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 mlrd. 585 mln. manat təşkil edib.

Strateq.az Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən azdır. Həmin vaxt problemli kreditlərin həcmi 1 mlrd. 626.7 mln. manat açıqlanmışdı. Ötən ilin birinci yarısında vaxtı keçmiş kreditlərin həcimi artmışdı. İlin sonlarına yaxın isə azalma baş vermişdi. Ötən il dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12.2 təşkil edib.

Xatırladaq ki, 2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Nəticədə bir çox insanların kreditlərini ödəməkdə çətinliklər çəkdiyi açıqlandı.