XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2019 - 21:44

Səfir:"Roma Papasının BƏƏ-yə səfəri tarixdə yeni səhifədir"

“Birləşmiş Ərəb Əmirlikləri başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir. Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və BƏƏ-nin banisi Şeyx Zayed irsindən qaynaqlanır. Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır”.

Bu fikirlər BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisinin “Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə səfəri tarixdə yeni səhifədir” adlı məqalədə deyilir.

“Bu gün BƏƏ 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Six və Buddist məbədlərinə ev sahibliyi edir. O da qeyd edilməlidir ki, bizim hökumət bu yaxınlarda plüralizm və tolerantlığın BƏƏ modelini dəstəkləyən unikal qurum olan Tolerantlıq Nazirliyini təsis etmişdir. BƏƏ yalnız öz ərazisində deyil, eləcə də qlobal şəkildə ibadət azadlığı və dinlərarası mübadiləyə tərəfdar çıxmaqdadır. Və bu günlərdə Roma Papası Fransiskin BƏƏ-yə səfəri ilə bütün dünyaya güclü bir mesajın şahidi oluruq: din nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmamışdır. Roma Papası Fransisk BƏƏ-yə Əbu Dabi vəliəhdi, zati-aliləri Şeyx Mohammed bin Zayed Al-Nahyan tərəfindən dəvət edilmişdir. Roma Papası BƏƏ-yə “çoxlarının fərqliliklər baxımından azad işləmək və yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı və görüş yeri modeli olmağa çalışan torpaq” kimi ehtiram göstərmişdir.

Bu səfər Roma Papasının qeyd etdiyi kimi, fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir. Biz Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırıq. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirmişdir. Bu faktları vurğulayaraq bütün dünyada sülh şəraitində birgəyaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik”, – məqalədə qeyd olunub. (Report)