XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 14:33

Avropa İttifaqının nümayəndəsi Federika Mogerini Bakıya gəlir

 

mogerni

 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıya gəlir.

 

Aİ-dəki mənbənin apa.az-a verdiyi məlumata görə, o, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısına qatılacaq. Səfər çərçivəsində F.Mogerininin rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulur.

 

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 2-ci Nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək.