XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 14:35

Zakir Həsənov tapşırıq verdi,orduda "Açıq qapı" günü təşkil olunacaq

zakir-hesenov

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq.

 

Bu barədə strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

 

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.