XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2019 - 12:50

Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı –Cavabları necə öyrənmək olar?

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də magistraturalara keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Strateq.az DİM-ə istinadən bildirir ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.