XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 14:03

Türkiyədə qəzaya düşən naxçıvanlı tələbə xəstəxanada öldü- Komadan çıxmadı

Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, Naxçıvan MR Şərur rayon Dizə kənd sakini, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb. Qəza zamanı M.Seyidov avtobusda olub.