XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 15:05

Marneulidə “donuz qripi” –Bir nəfər öldü

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) (“donuz qripi”) virusundan ölüb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, “donuz qripi” ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

Qeyd edək ki, Marneulidə “donuz qripi”nə yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı “Tamiflu” preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.