XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 16:17

 Ümumdünya Səhiyyə Təşkilatı:"Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb"

Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə dünyada, təxminən, 18,1 milyon insanda xərçəng xəstəliyi aşkarlanıb. Dünyada xərçənglə bağlı ölümlərin, təxminən, 70%-i aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.

Xərçəng ölümlərinin, təxminən, 30 faizi artıq çəki, hərəkətsizlik, düzgün olmayan qidalanma, tütün və spirtli içki istifadəsi ilə əlaqəlidir. ÜST ekspertləri hesab edirlər ki, ən real risk faktoru isə siqaret və spirt istehlakıdır. Belə ki, xərçəng səbəbindən ölümlərin 22%-i siqaretlə əlaqəlidir. Ona görə də xəstəlik kişilər arasında daha çox yayılıb.

Hesabata əsasən, təxminən, 1,76 milyon insan ağciyər, 783 mini mədə, 782 mini qaraciyər, 627 mini isə süd vəzisinin xərçəngindən ölüb. Bundan başqa, həmin müddətdə 300 min uşaqda xərçəng xəstəliyi aşkarlanıb/Report.