XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 16:31

Qarabağda girov saxlanılan gənc azərbaycanlı azadlığa buraxılıb –Elnur Hüseynzadə vətənə qayıtmaqdan niyə imtina edib?

2017-ci ildən bəri Dağlıq Qarabağada saxlanılan azərbaycanlı Elnur Hüseynzadə 2 illik həbsdən sonra azadlığa buraxılıb.

Strateq.az bildirir ki, bu barədə qondarma rejim məlumat yayıb. Azərbaycanlı Elnur Hüseynzadənin fevralın 2-də azad etdiyi bildirilir.  Separatçı rejimin nümayəndəsi David Babayan E.Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib.  Onun sözlərinə görə guya E.Hüseynzadə Azərbaycana qayıtmaqdan imtina edib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə 2017-ci ilin fevralında cəbhənin Talış kəndi istiqamətində təmas xəttində girov götürülüb.