XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 14:52

Separatçı Abxaziya rejimi Dağlıq Qarabağ ilə vizasız gediş sazişiimzalamağa hazırlaşır

 

abxaziya

 

Abxaziyanın separatçı rejimi tanınmamış Dağlıq Qarabağ və Dnestryanı rejimləri ilə vizasız gediş-gəliş barədə saziş imzalamağa hazırlaşır.

Strateq.az İTAR TASS-a istinadən bildirir ki, bu barədə separatçı qurumun “XİN müavini” Kan Taniya bəyan edib.   O, bunu aprelin birindən ”qüvvəyə” minəcək “Abxaziya Respublikasına” gediş və gəliş haqqında qanunla əsaslandırıb. Bu “qanuna” görə, qondarma qurumun ərazisinə yalnız separatçı rejimi tanımış ölkələrin vətəndaşları gələ bilər.  

“Hazırda yalnız Rusiya və Nikaraqua ilə sazişlər mövcuddur. Cənubi Osetiya ilə müvafiq saziş imzalanma mərhələsindədir”,- deyə Taniya bildirib.

 

Qeyd edək ki, Gürcüstanın tərkibində olmuş Abxaziya separat şəkildə özünün ayırldığını bəyan edib. 2008-ci ildə Rusiya – Gürcüstan müharibəsindən sonra Moskva Abxaziyanın müstəqiliyini tanıyıb. Lakin Gürcüstan bunu tanımır və BMT-nin tanıdığı sərhədlər çərçivəsində öz ərazisi hesab edir.

 

Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyn edib.

Aərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında tanınmamış Abxaziyanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə vizasız rejimə keçməsi barədə məlumatı şərh edərkən bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur:

"Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır".