Türkiyənin Antaliya şəhərində gözlənilən qasırğa ilə bağlı məktəblərdə dərslər dayandırılıb.
Strateq.az xəbər verir ki, bu barədə verilən rəsmi qərara əsasən, Antaliyanın Kəmər, Qumluca, Finike, Demre və Kaş rayonlarında fırtına və qasırğa riski ilə bağlı sabah bütün məktəblərdə tətil elan edilib.
Eyni zamanda, vətəndaşlara isə küçələrə çıxmamaq tövsiyə olunub.
Xatırladaq ki, yanvar ayının 23-də Antalyada güclü fırtına olub. Nəticədə 3 nəfər ölüb, 10-dan çox yaralanan olub. Xeyli daşınar və daşınmaz əmlaka zərər dəyib.