XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 00:23

Türkiyənin hərbi gəmiləri Ədəndə daha bir il üzəcək –Qərar

Türkiyə Silahlı Qüvvələrinin hərbi gəmilərinin Ədən körfəzində üzmə müddəti daha bir il uzadıldı.

Bu barədə Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib.

Bildirilir ki, Türkiyə bayrağı ilə üzən və bu ölkəyə bağlılığı olan mülki gəmilərin təhlükəsizliyini təmin edən hərbi gəmilər Ədən körfəzində fevralın 10-dan başlayaraq daha bir il fəaliyyət göstərəcək.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir/Publika.az.