XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 06:29

Zakir Qaralov Saakaşvilinin ekstradasiyası ilə bağlı Tiflisin tələbini cavabsız qoyub – AÇIQLAMA

SAKASVILI.jpg

Gürcüstanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ekstradasiyası ilə bağlı Azərbaycan tərəfinə göndərdiyi tələbə hələ ki cavab almayıb.
Strateq.az Modern.az-a istinadən bildirir ki, bunu Gürcüstan baş prokurorunun müavini İrali Şotadze deyib:
“Gürcüstan prokurorluğunun eks-prezidentin saxlanılması və ekstradasiyası ilə bağlı müvafiq tələbi Azərbaycan Baş Prokurorluğuna göndərilib. Bunun üçün Gürcüstanla Azərbaycan arasındakı müvafiq ikitərəfli format var. Ancaq hələ ki Azərbaycanın Baş Prokurorluğundan heç bir cavab verilməyib”.
Baş prokurorun müavini onu da əlavə edib ki, tələblərinə cavab verilməsi üçün konkret müddət müəyyənləşdirilməyib: “Ancaq qarşı tərəfdən bununla bağlı heç bir reaksiya yoxdur”.
Azərbaycanın Baş Prokurorluğu məsələ ilə bağlı Modern.az saytının da sorğusunu cavablandırmayıb.
Keçmiş prezident Mixail Saakaşvili aprelin 28-29-da Bakıda keçirilən III Beynəlxalq açıq cəmiyyət forumunda iştirak edib. O, hətta Prezident İlham Əliyevlə də bağlı qapılar arxasında təkbətək görüşüb.
Gürcüstan tərəfinin bundan əvvəl Saakaşvilinin Ukraynadan ekstradasiyası ilə bağlı tələbi də uğursuz nəticələnib.