XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

06 Fevral 2019 - 20:13

Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilir- FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrdən və ehtiyatlardan praktiki istifadə etməsidir.

Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi vərdişlərini, bilik və bacarıqlarını təkmilləşdirir.