XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 11:02

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək –Romada

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.

Toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.

Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək.

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir