XƏBƏR LENTİ

03 Mart 2021
02 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2019 - 15:38

Ukraynanın Azərbaycandakı səfiri Elmar Məmmədyarovla vidalaşdı –XİN-də görüş

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.

Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusi qeyd edib və təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.