XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 18:07

Ceyhun Bayramov vətəndaşları qəbul edəcək –Ucarda

Təhsil naziri Ceyhun Bayramov fevralın 15-i saat 11.00-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.

Strateq.az Təhsil Nazirliyinə istinadən bildirir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar fevralın 7-dən 13-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.