XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 22:42

Gürcüstan Müdafiə Nazirliyi azərbaycanlı əsgərin döyülməsi haqda məlumat yaydı:"Fakt təsdiqlənməyib"

Gürcüstanın Krtsanisi Hərbi Təlim Mərkəzində azərbaycanlı əsgər Elcan Əfəndiyevlə bağlı baş vermiş insident üzrə cinayət işi açılıb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayət işi Hərbi Polis Departamentində Cinayət Məcəlləsinin hərbi qulluqçular arasında tabeliklə bağlı qarşılıqlı münasibətlər qaydalarının pozulması maddəsi üzrə qaldırılıb.

Nazirlikdən qeyd olunub ki, şahidlərin ilkin dindirilmələrinə əsasən, indiki mərhələdə E.Əfəndiyevin döyülməsi faktı təsdiqini tapmayıb: “Tibbi ekspertiza da hərbi qulluqçuda hər hansı bir xəsarət və ya zədə müəyyən etməyib. Qori Hərbi Hospitalında da aparılan laborator araşdırma, rentgen, həmçinin psixoloji və digər müayinələr zamanı da sağlamlığa hər hansı bir xəsarətin yetirilməsi təsdiq olunmayıb”.

Müdafiə Nazirliyindən vurğulanıb ki, E.Əfəndiyevin sağlamlıq durumu yaxşıdır və onun heç bir şikayəti yoxdur.

Qeyd edək ki, hadisə Krtsanisi Hərbi Təlim Mərkəzində, ötən gün baş verib. İnsidentdən sonra E.Əfəndiyev huşsuz halda xəstəxanaya çatdırılıb.

Əsgərin atası Elbrus Əfəndiyev “Report”a açıqlamasında oğlunun çavuş tərəfindən döydürüldüyü iddia edib.

Report