Braziliyanın köklü klublarından olan “Flamenqo”nun məşq bazasında faciə yaşanıb.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, baza hələlik məlum olmayan səbəbdən qəfil alovlanıb: “Nəticədə klubun məşq bazasında olan 14-17 yaşlı 10 futbolçu ölüb, 4 futbolçunun vəziyyəti isə ağırdır”.