XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

09 Fevral 2019 - 17:32

İnsulin inyeksiyasını əvəzləyən həb hazırlanıb- Detallar

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri orqanizmə insulinin peroral (ağız vasitəsilə qəbulu) çatdırılmasını təmin edən texnologiya işləyib hazırlayıblar.

Onun köməyi ilə alimlər diabet xəstələrinin ənənəvi müalicəsində insulin inyeksiyasını əvəzləyəcək həb-kapsul hazırlayıblar.

Azərtac bu barədə “MedikForum”a istinadla xəbər verir.

İnsulin asılılığı olan diabet xəstələri inyeksiyanı hər gün həyata keçirməlidirlər. Amerikalı alimlər tərəfindən yaradılan xüsusi kapsul insulini mədəyə çatdırır, burada da dərman qoruyucu örtüyü lazımi dəqiqədə tərk edir.

“Yeni həb mədənin dəyişkən mühitinə yaxşı uyğunlaşır. Kapsul biopozucu polimer və paslanmayan polad komponentlərindən hazırlanıb. Bütün doza çıxdıqdan sonra kapsul sərbəst şəkildə orqanizmdən xaric olunur”, – deyə ixtiranın müəllifləri bildiriblər.

Alimlər heyvanların (donuzlar) üzərində apardıqları silsilə eksperimentlərdə həmin həbin hansı miqdarda insulini orqanizmə çatdıra biləcəyini yoxlayıblar. Bu yaxınlarda onlar dozanı 5 mq-dək artırmağa müvəffəq olublar. Bu, diabet xəstələrinə zəruri olan insulin miqdarı ilə tutuşdurula bilər.

Ekspertlər bildirirlər ki, bu yenilik digər inyeksiyalı dərman vasitələrində də tətbiq edilə bilər.