Fevralın 9-da İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” doğma azarkeşlər önündə “Bormunt” klubunu qəbul edib. Görüş “Liverpul”un böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Yurqen Klopun yetirmələrinin heyətində Sadio Mane (24), Jorginyo Veynaldum (34) və Məhəmməd Salah (48) fərqləniblər. Bu qələbə sayəsində “Liverpul” xallarını 65-ə çatdıraraq liderliyini qoruyub saxlayıb, “Bormunt” isə 33 xalla 11-ci yerdə qərarlaşıb.
Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:
“Kristal Palas” – “Vest Ham” – 1:1;
“Haddersfild” – “Arsenal” – 1:2;
“Samphenton” – “Kardiff Siti” – 1:2;
“Vatford” – “Everton” – 1:0.
Qeyd edək ki, tura fevralın 10-da “Tottenhem” – “Lester Siti”, “Mançester Siti” – “Çelsi” və “Volverhemton” – “Nyukasl Yunayted” oyunları ilə yekun vurulacaq.