XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2019 - 22:46

Azərbaycan Premyer Liqası:"Qarabağ" "Sumqayıt"ı məğlub edib

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” komandası “Qarabağ”ı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları 20-ci dəqiqədə Filip Ozobiç, 81-ci dəqiqədə isə Bədavi Hüseynov vurub.

Ağdam komandası bu qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və birinci yerdə gedən “Neftçi” ilə xallarını bərabərləşdirib.

Günün ilk qarşılaşmasında “Qəbələ” “Sabah” üzərində səfər qələbəsi qazanıb.