Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb. BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Strateq.az apa.az-a istinadən xbər verir ki, qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.