Rusiya prezidentinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Rusiya XİN-dən məlumat veriblər. İ.Bratçikov Bakıda keçiriləcək Xəzərin hüquqi statusu barədə Konvensiyanın reallaşdırılması üzrə yüksək səviyyəli İşçi Qrupunun birinci iclasında iştirak edəcək. Qeyd edək ki, İşçi Qrupunun birinci iclası fevralın 19-20-də keçiriləcək.