XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2019 - 19:25

Prezidentin general-mayor rütbəsi verdiyi Əliyev kimdir? –FOTO

 

Prezident İlham Əliyev polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verib.

Prezident bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Şahvələd İsmayıl oğlu Əliyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini təyin edib.

Şahvələd Əliyev Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışıb. Azərbaycan Respublikasının Prezidenti 14 avqust 2010-cu il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Şahvələt İsmayılov Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Əliyev Ziyəddin İsmayıl oğlunun qardaşıdır. (Axar.az)