Türkiyənin “Fənərbaxça” komandası Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda Rusiyanın “Zenit” klubunu məğlub edib.
Strateq.az xəbər verir ki, oyunda yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub.
Onu da qeyd edək ki, qonaqlar 44-cü dəqiqədə penalti hüququ əldə ediblər. Lakin Robert Makın zərbəsini qapıçı Harun Tekin qaytara bilib.
Xatırladaq ki, bu komandalar arasında cavab görüşü fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.