XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 10:42

Azərbaycanda “koksaki” virusu yayılıb?- Səhiyyə Nazirliyi aydınlıq gətirdi

Səhiyyə Nazirliyi Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycanda “koksaki” virusunun yayılması barədə yayılan məlumatlar düzgün deyil.

Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halı aşkarlanmayıb.

Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan “koksaki” virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. “Koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.