XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 18:43

Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib:Ölən və yaralanan var

Balakən rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)