XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2019 - 18:53

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılır- Qısa müddətə

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda deyilir.